Azərbaycanda son sutkada koronavirus əleyhinə 38 082 vaksin vurulub.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 032, ikinci mərhələ üzrə 9 580, “Buster” doza üzrə 23 470 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 10 021 688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 012 689, ikinci mərhələ üzrə 4 464 036, “Buster” doza üzrə isə 544 963 nəfər təşkil edir.

