Oarabağdakı separatçıların qondarma qurumunun saxta bayramı fonunda absurd, gülünc və cəfəng bəyanatlar, təbriklər ard-arda düzülüb. Döyüş meydanında guclərinin olmadığını bütün dünyaya bəlli edən ermənilər dil pəhləvanı olduqlarını bir daha sübut edirlər.
KONKRET.az xəbər verir ki, belə sərsəm bəyanatlardan biri də “Rodina” partiyasının sədri Artur Vanetsyandan gəlib. O, öz Facebook səhifəsində yazıb:
“”Arsax” erməninin olub, erməninindir və erməninin olacaq.
“Arsax” mütləq yaralarını sağaldacaq, bərpa olacaq və bütövləşəcək!
Müstəqillik gününüz mübarək, sevimli “Arsax”ımız!”, – deyə Vanetsyan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az
