Varşava şəhərində Şuşanın işğaldan azad olunması qeyd edildi – FOTObackend

Varşava şəhərində Şuşanın işğaldan azad olunması qeyd edildi - FOTO

Polşada yaşayan azərbaycanlılar paytaxt Varşavada Azərbaycanın qədim Şuşa şəhərinin erməni işğalından azad olunması münasibətilə avtomobil yürüşü keçiriblər.

KONKRET.az xəbər verir ki, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan avtoyürüş paytaxtın mərkəzi küçələrindən başlayıb. Azərbaycanın üçrəngli bayraqlarına bürünmüş avtomobil karvanı milli stadionun yaxınlığında dayanıb. Burada Azərbaycanın dövlət himni səsləndirilib və soydaşlarımız Azərbaycan torpaqlarının erməni işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən savaşında həlak olan şəhidlərimizin əziz xatirəsini yad ediblər. Yürüş iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Şuşa Azərbaycandır!” şüarlarını səsləndiriblər və səmaya fişənglər atmaqla qələbəni qeyd ediblər.

Avtomobil yürüşü Azərbaycanın Polşadakı səfirliyinin yaxınlığında başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*