Vaşinqtonda baş verən təyyarə qəzasının kriminal və ya terrorçu strukturların fəaliyyəti ilə bağlılığı yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə NBC telekanalı FTB-dəki mənbəyə istinadən məlumat yayıb.
Yüksək rütbəli məmur qeyd edib ki, hadisə yerində təhlükəsizlik qüvvələri işləyir.
Yanvarın 29-da axşam Amerika paytaxtında, Ronald Reyqan hava limanından bir qədər aralıda göyərtəsində 60-dan çox sərnişinin olduğu təyyarə qəzaya uğradı .
Amerika mətbuatının məlumatına görə, təyyarə vertolyotla toqquşub və hava limanı yaxınlığındakı Potomak çayı ərazisində yerə düşüb.
Vəli Həsənoğlu,
KONKRET.az