Vaşinqtonun altı “qırmızı xətti” – Əgər İran bunlara toxunsa, fəlakət olacaqbackend

Vaşinqtonun altı “qırmızı xətti” - Əgər İran bunlara toxunsa, fəlakət olacaq

ABŞ İrandan nüvə silahı əldə etmək cəhdlərindən rəsmi şəkildə imtinanı, nüvə obyektlərinin ləğvini və uranın zənginləşdirilməsinə son qoymağı istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.

Vaşinqtonun “yaxşı razılaşma” üçün əsas saydığı altı şərt bunlardır:

Nüvə infrastrukturunun sökülməsi — Fordo, Natanz və İsfahandakı obyektlərin, eləcə də yeraltı nüvə müəssisələrinin bağlanması;

Zənginləşdirilmiş uranın ölkədən çıxarılması;

MAQATE müfəttişlərinə geniş səlahiyyət verilməsi və bütün şübhəli obyektlərə giriş imkanı;

Tam şəffaflıq — İranın əvvəlki nüvə fəaliyyəti barədə məlumat təqdim etməsi;

Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması;

Sanksiyaların yalnız razılaşmaya deyil, Tehranının davranışına bağlı olaraq
mərhələli şəkildə yumşaldılması;

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar “çox yaxşı” keçir və tərəflər yaxın vaxtlarda razılığa gələ bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*