Vəfa Quluzadənin “Azadlıq” radiosuna açıqladığı SİRR – SƏS YAZISIbackend

Vəfa Quluzadənin "Azadlıq" radiosuna açıqladığı SİRR - SƏS YAZISI

Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadənin “Azadlıq” radiosuna verdiyi açıqlamanın üstündən illər keçsə də, öz aktuallığını saxlayır. Bu açıqlamada Vəfa Quluzadə bir çox mətləblərin üstünü açıb, Qərbin Azərbaycana qarşı ikili standartlarını sübut edən arqumentlər gətirib.

KONKRET.az həmin dövrdə Xədicə İsmayıla tutarlı cavablar verən V.Quluzadənin açıqlamasının əsas hissəsini və səs yazısını yenidən oxucuların diqqətinə çatdırır.

Vəfa Quluzadə: – Mənə heç söz vermirsiniz.

APARICI: – Buyurun, buyurun!

– Sizə bir həqiqəti çatdırmaq istəyirəm.

Məsələn, Hitler öz təcavüzünü başlayanda bütün dünya birləşdi, Hitlerin əleyhinə oldu və birgə hitlerizmə qalib gəldi. Amma indi bu Qarabağ məsələsində ermənilərin törətdiyi Hitlerin törətdiklərindən qat-qat artıqdır. Baxın görün, Hitler Ukraynanı, Belorusu və Rusiyanın bir çox yerlərini zəbt etdi. Əhali də orada yaşayırdı, məktəblər də işləyirdi, konsertlər də olurdu. İndi məlum olur ki, məşhur Levşenko orda konsert verdi, ondan sonra 1948-ci ildə “KQB” bunu bilib güllələdi. Yəni ölkə Hitlerin işğalı altında normal işləyirdi, adi insanlara heç bir pislik olunmurdu. Hətta yəhudilər Almaniyanın özündə qırılmırdılar. Yalnız Hitler müharibə başlayandan sonra işğalda olan ərazilərdə yəhudillərə qarşı aksiyalara başladılar. Yəni ermənilər bizə qarşı Hitlerdən qat-qat artıq pis münasibət bəsləyiblər, bizim bütün ərazilərimizi yerlə-yeksan ediblər, bir dənə azərbaycanlı gedib işğal altında olan torpaqlarda öz evində yaşaya bilmir. Bunun hamısına Qərb, Amerika, Avropa hamısı göz yumubdur. Mən istəyirəm bütün əhali hamı bilsin, siz də bilin. Sizin “Azadlıq” radiosu da Amerikanın radiosudur. Bilirisinizmi?

APARICI: – Bəli.

Vəfa Quluzadə: – Siz hamınız çalışırsınız ki, təcavüzkar Ermənistana bu və ya başqa yolla bəraət qazandırasınız, doğruya çıxarasınız. Özümüzü suçlayaq ki, qanunları pozmuşuq, nə bilim nə etmişik. Onların qanunlarını pozmaqlarının, bizə divan tutmaqlarının heç birisi nəzərə alınmır, heç birisində tədbir görülmür. Amma Azərbaycan daima suçludur. Ona görə də 5-10 ildən də sonra bizim günahımız bir olacaq: müsəlman, bir də ki türkük.

APARICI: Vəfa müəllim, zatən siz öz mövqeyinizi bildirirsiniz bizim efirdə və zatən “Azadlıq” radiosunun bir mövqeyi yoxdur ortalıqda.

Vəfa Quluzadə: – Hər halda siz Dövlət Departamentinin bir qismisiniz də.

APARICI: – Biz Dövlət Departamentinin bir qismi deyilik. ABŞ Konqresi maliyyələşdirir “Azadlıq” radiosunu.

Vəfa Quluzadə: – ABŞ Konqresi Dövlət Departamentindən də o yanadır. Heç olmasa Dövlət Departamentində erməni lobbisi yoxdur, kokası yoxdur. Amma ABŞ Konqresində erməni kokası var.

APARICI: – Amma Azərbaycan kokası da var.

– Azərbaycan kokası hələ formalaşmayıb. İnciməyin məndən, amma bu, həqiqətdir. Siz təsəvvür edin ki, Azərbaycan gedib Ermənistanın bir şəhərini işğal edib yerlə yeksan edib. Bizi neyniyərdilər? Siz nə danışırsınız? Siz görün bütün münaqişə deyilən təcavüzü necə həyata keçiriblər. Əvvəz Zori Balayan, sonra Aqambekyan, ardınca Şuşa, Laçın, Kəlbəcər işğal olundu. Harda yatıbdır bu Amerika, BMT? BMT-nin qərarları niyə yerinə yetirilmir? Səbəb odur ki, biz azərbaycanlıyıq, müsəlmanıq və türkük. Başqa səbəb yoxdur.

APARICI: – Yəqin ki, sizin də mövqeyiniz haqlıdır. Amma bir məsələ də var ki, Azərbaycan özü kifayət qədər səy göstərmir öz torpaqlarını azad etməyə.

Vəfa Quluzadə: – Azərbaycanı qoymurlar səy göstərməyə, qoymurlar. Bilirsinizmi, imkan yaratmırlar. Ona görə göstərmir. Ermənilərə isə hər imkan yaradıblar. Erməni Assambleyası gedib oturub Amerika Konqresinin içində. Yeraltı keçidlə ora girmək olur. Mən olmuşam orda. Amma bizim orda heç bir imkanımız yoxdur. Türkiyə boyda ölkənin o boyda lobbisi var, o boyda NATO-nun müttəfiqidir, amma Amerikada erməninin səsi, təsiri Türkiyədən böyükdür. Türk lobbisi haqqında heç kim danışmır, amma erməni lobbisi qulağımızı deşik edib.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*