Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
ATU-nun Mətbuat katibi Günel Aslanova APA-ya deyib ki, bir müddət öncə Azər Baxşəliyevin ürək fəaliyyəti dayanıb:
“Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.
***
Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.
KONKRET.az xəbər verir ki, ATU-nun mətbuat katibi Günel Aslanova “Report”un sorğusuna cavab olaraq bildirib ki, aktyor ötən gecə ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib.
O qeyd edib ki, A.Baxşəliyev gətirilərkən koma vəziyyətində olub və dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır, aparata qoşulub.