Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, iki balıqçının olduğu qayıq dənizdə aşıb. Balıqçılardan birinin cəsədi hadisədən dərhal sonra aşkarlanmışdı.
İkinci şəxsin cəsədinin tapılması ilə axtarış-xilasetmə əməliyyatları yekunlaşıb.
