Venesuela prezidenti Nikolas Maduro yüksək səviyyəli İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Tasnim agentliyi yayıb.
Maduro İran prezidenti İbrahim Rəisi ilə görüşəcək və hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin görüşündə iştirak edəcək.
Agentlik bildirib ki, İran və Venesuela sanksiyaların, xüsusən də enerji sektoruna yönəlmiş sanksiyaların təsirlərini yumşaltmaq üçün birgə çalışır.
İran ABŞ-ın ölkənin nəqliyyat və ticarət xidmətlərinə göstərdiyi təzyiqlərə baxmayaraq, Venesuelaya neft emalı zavodları üçün lazım olan yanacaq və avadanlıqlar verir.
Venesuela, həmçinin İrandan ağır neft durulaşdırıcısı olan kondensatın böyük yüklərini alıb.
Roman Göytürk,
KONKRET.az
