Vərəsəliklə bağlı müddətlərə son verildi – Vəkil dəyişikliyi şərh etdibackend

Vərəsəliklə bağlı müddətlərə son verildi – Vəkil dəyişikliyi şərh etdi

Konstitusiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarına əsasən vərəsəlik haqqında qanunda dəyişiklik olub.

Mövzunu KONKRET.az-a şərh edən vəkil Emin Kiçikbəyov deyib ki, Mülki Məcəllənin 1246 və 1273-cü maddələri qüvvədən düşmüş hesab edilib:

“Bu nə deməkdir? Həmin dəyişiklik onu deməyə əsas verir ki, istənilən şəxs müddətin ötməsinə baxmayaraq məhkəmə qaydasında müraciət edib öz vərəsəlik hüququnu təmin edə bilər. Bununla bağlı hər hansı ötürülmüş müddətə görə bəhanələrə yol verilmir. Yəni buna görə təmin edilməmiş hər hansı qərar varsa, hər bir vətəndaş yuxarı instansiyalara şikayət etmək hüququna malikdir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*