Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödəniləcəkbackend

Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödəniləcək

Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

KONKRET.az-ın məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn sistemlə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*