Əlində qumbara partlayan Vətən Müharibəsi iştirakçısı ÖLDÜ – YENİLƏNİBbackend

Əlində qumbara partlayan Vətən Müharibəsi iştirakçısı ÖLDÜ - YENİLƏNİB

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü  Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlan olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

23:30

Zaqatalada Vətən Müharibəsi iştirakçısının əlində qumbara partlayıb, vəziyyəti ağırdır.

KONKRET.az xəbər verir ki, hadisə axşam saat 22 radələrində rayonun Yengiyan kəndinin mərkəzində  baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.

Hadisə nəticəsində ağır xəsarət alan H. Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım briqadasının əməkdaşlarının müşayəti ilə xəstəxanaya aparılıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*