Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç sənədlərdə adını “Oleq Leonov” olaraq dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Telebaçennya Toronto” YouTube kanalının araşdırmasında bildirilir. Jurnalistlərin məlumatına görə, keçmiş Ukrayna prezidenti bu adla sənədlərdən 2014-cü ildən istifadə edir.
Jurnalistlər həmçinin Yanukoviçin Soçidəki təxminən üç hektar sahəsi olan “Blaqodat” kompleksində mülki həyat yoldaşı Lyubov Polejay ilə birlikdə yaşadığını aşkar ediblər. Onun adına Moskvada iri torpaq sahələri, mənzillər, bir neçə ev və digər əmlak rəsmiləşdirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
