Vilayət Eyvazov Əli Həsənovun kürəkəninin yerinə onu TƏYİN ETDİ – FOTObackend

Vilayət Eyvazov Əli Həsənovun kürəkəninin yerinə onu TƏYİN ETDİ - FOTO

Prezidentin keçmiş köməkçisi Əli Həsənоvun kürəkəni, bir ay öncə Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılan İsfəndiyar Mehbalıyevin yerinə təyinat olub.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ədalət Abbasov Bakının Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Ədalət Abbasov Qaradağ RPİ-nin rəisi təyin edilib.

Xatırladaq ki, İ.Mehbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin oğludur.

 

Fotoda: Ədalət Abbasov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*