Vilayət Eyvazov Elman Parlanovu yeni vəzifəyə TƏYİN ETDİbackend

Vilayət Eyvazov Elman Parlanovu yeni vəzifəyə TƏYİN ETDİ

Daxili işlər orqanlarında daha bir təyinat olub.

KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib.

Digər əmrlə E.Parlanov Daxili İşlər Naziliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Parlanov daha əvvəl Çevik Polis alayında komandir vəzifəsində də çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*