“Virusa qarşı yaxın gələcəkdə peyvənd yaradılmayacaq” – Həkim ŞOK detalları açıqladı – EKSKLÜZİVbackend

"Virusa qarşı yaxın gələcəkdə peyvənd yaradılmayacaq" - Həkim ŞOK detalları açıqladı - EKSKLÜZİV

Koronavirus ağciyərlərdə başlayan və digər orqanlara yayıla bilən yavaş inkişaf edən virus infeksiyasıdır. Daha çox 60 yaşdan yuxarı yaşlılarda ölümlə nəticələ bilir.

KONKRET.az xəbər verir ki, bu fikirlərin müəllifi, 10 il həkim işləmiş Sevinc Süleymanova saytın əməkdaşı ilə söhbətində bildirib. O bildirib ki, xəstəliyin adındakı “atipik” anlayışı xəstəliyin dəqiq səbəblərinin müəyyən edilmədiyini göstərir.

S.Süleymanova əhalini çox diqqətli olmağa çağırıb. “Bu virusun olub-olmaması ilə bağlı zarafat etməyin. Məsələyə məsuliyyətsiz yanaşma ciddi fəlakətlərə səbəb olar”, – deyən həmsöhbətimiz xüsusi olaraq vurğulayıb ki, virusla mübarizənin ən başlıca yolu hər birimizin izolyasiyasıdır. Çünki bununla biz yeni yoluxmaların qarşısını effektli şəkildə ala bilərik.

Həkim bir məsələni də önə çəkib: “Hər birimiz potensial xəstəyik. Bunu nəzərdən qaçırmamalıyıq. Hazırda xəstəliyin testlə təsdiqini tapa bilirik. Lakin məsələyə digər tərəfdən baxsaq, ətrafımızda, yanımızda test edilməmiş daşıyıcıların olması faktı daha yüksəkdir”. – deyən Sevinc xanım bildirib ki, bu şərtlər karantin dövrünün uzana biləcəyinə mühüm zəmin yaradıb. “Belə vəziyyət hər birimizin zaman gecdikcə xəstələnə biləcəyimiz faktını ortalığa apaçıq qoyur”, – deyə bir məsələni ölkə vətəndaşlarının diqqətinə çatdırmağı vacib hesab edir: “Virusun mutasiya olunması faktı onu göstərir ki, yaxın gələcəkdə infeksiyaya qarşı hər hansı bir peyvənd yaradılmayacaq və ya özünü doğrultmayacaq.

O daha sonra bunları bildirib:

– Daha böyük miqyaslı, profilaktik və müalicəvi tədbirlər davam etdirilməlidir. Hər kəs bu infeksiyanı özündə dəf etməlidir. Yəni xəstə olan və olmayan hər kəs müəyyən edilmiş daha effektiv təsir göstərə bilən,  mütləq bir neçə həkim, pulmonoloq, farmokoloq və biokimya alimlərimizin iştirakı ilə antiviral, antiprotozoal, antihistamin və vitamin mineral kompleksiindın ibarət – bir kompleks dərmanların qəbuluna eyni anda başlasa, belə bir tədbir, patogenin istər latent halda, yəni daşıyıcıda, istərsə də xəstədə  tamamilə yox olmasına gətirib cıxara bilər. Bu halda bir neçə gündən sonra testlər edilə bilər və yəqin ki, təsdiqini tapar. Belə bir tədbir karantin dövrünün qısalmasına, hər kəsin daha rahat öz işinə qayıtmasına imkan yarada bilər.

Təklif edirəm ki, iki qrup yaradılsın. Xəstə olan, simptomların yeni başlanğıcı dövründə və xəstə olmayan bir neçə nəfərdən ibarət insanlar üzərində bu təcrübə həyata keçirilsin. Və alınan nəticə bu fikrin doğru olub-olmadığını təyin edəcək.

Risk faktorları: həddən artıq populyasiya (xəstəliyin tez və sürətlə yayilması üçün münbit şərait) və zəif bəslənmədir, zəif immunitet, genetika. Cinsin fərqi yoxdur.

Elmə hələ ki, naməlum olan bu patogen virus, əgər  ağ ciyər alveoliti yaradırsa, bildiyimiz kimi, ağciyərlərin stroması (skeleti) arteriyaların, bronxların ətrafında, interalveolların  içərisində yerləşən birləşdirici toxumadan ibarətdir. Birləşdirici toxuma quruluşunda kollagen və elastin lifləri var. Elastin və kollagenin lifləri alveolun divarlarında və bronxların ətrafında birləşir və ağciyərlərə elastiki xüsusiyyətlər verir – inhalyasiya zamanı artmaq və ekshalasiya zamanı orijinal vəziyyətinə qayıtmaq qabiliyyətini verir. Kollagen ağciyər çərçivəsinin gücü ilə əlaqələndirilir. Fərq etməz, istər kollagen səbəbindən artan birləşdirici toxuma meydana gələr, ya da ağciyər toxumasının elastikliyi itər, dağılar, bu zaman qaz mübadiləsi funksiyası əhəmiyyətli dərəcədə azalır, pozulur, çünki kollagen alveolun divarlarına yerləşdirilir və tənəffüs çatışmazlığı inkişaf edir. Tənəffüs çatışmazlığı və qaz mübadiləsi dərəcəsi, xəstəliyin gedişi və onun proqnozu fibrozun yayılmasından və ya dağılmasından (yerli və ya diffuz) asılıdır.

Artıq ağırlaşmış halda, çox vaxt süni inhalyasiya yolu iki məqsəd üçün istifadə olunur, birincisi, xəstəlik halında tənəffüs yollarına yerli bir terapevtik təsir göstərməkdir.

İlk simptomlar ən çox 30 yaşdan yuxarı ortaya çıxır, 50 yaşdan sonrakı kişilər və qadınlar nisbətən daha tez-tez xəstələnirlər, ki, bu da xəstənin yükdaşıma qabiliyyətini getdikcə məhdudlaşdırır. Çünki ağciyərin aşağı payları bu yaşdan yuxarı insanlarda tənəffüsdə qeyri-aktiv iştirak edir və yuxarıda söylədiyimiz toxumaların yaş artdıqca zəifləməsindən, genetikadan  irəli gəlir. Quru ağrıdıcı bir öskürək qeyd edilə bilər. Xəstəliyin gec mərhələlərində, tənəffüs çatışmazlığı səbəbindən xəstələr demək olar ki, hərəkət edə bilmir, sianoz, tükənmə görünür və “pulmoner ürək” inkişaf edir.

Ürəyin ultrasəs müayinəsinə baxsaq, sağ ürəyin həddindən artıq yüklənməsini, ağciyər arteriyasındakı hipertenziyanı – “ağciyər ürək” əlamətlərini göstərər, məhdudlaşdırıcı bir növ ağır tənəffüs pozğunluqları aşkar edilir.

Hazırda görülə bilən əsas vəzifələr aşağıdakılardır:

xəstəliyin gedişatını yavaşlatmaq, xəstənin vəziyyətini yüngülləşdirmək və ağırlaşmaların inkişafının qarşısını almaq. Və xəstəliyin inkişafının mümkün mexanizmlərindən birinin immun sisteminin aşağı olduğunu nəzərə alaraq, müalicədə immunitet yüksəldici preparatlar istifadə olunur, məsələn, oksigen terapiyası

yaxşı qidalanma, vitamin kompleksi və fərdi tənəffüs məşq proqramı müalicənin keyfiyyətini müəyyən dərəcədə yaxşılaşdıra bilər.

Patogen tənəffüs yollarına daxil olduqdan sonra əvvəlcə yüngül bir yuxarı tənəffüs yolları və ağciyər infeksiyası inkişaf edir. Bu vəziyyətdə bərpa insanın immunitet sisteminin gücündən asılıdır. Sağlam insanların əksəriyyətində bu infeksiya irəliləməz. Bununla birlikdə, patogenin bir hissəsi ağciyər toxumasında gizli-latent bir vəziyyətdə saxlanıla bilər və xəstəlik daha sonra püskürə bilər, orqanizmdə immun sistemi zəifləyərsə (yəni patogen üçün əlverişli şərait yarana bilər). Bəzi hallarda, patogen qan dövranına da daxil ola bilər və bütün bədənə yayılar. Nadir hallarda isə infeksiya ağciyərlərdə deyil, digər orqanlarda da inkişaf edə bilər.

Zəifləmiş bir immunitet sistemi olan insanlarda xəstələnmə çox yüksəkdir. Bu risk qrupuna HİV, şəkərli diabet xəstələri, xroniki ağciyər xəstəlikləri olan immunosupressiv dərman qəbul edən xəstələr, habelə həddən artıq populyasiya olunmuş və antisanitar şəraitdə yaşayan qidalanmış insanlar daxildir. Ümumiyyətlə, bu patogenin populyasiyasına ən həssas olanlar yaşlılar və immun sistemi zəif olanlardır.

Simptomlar

İlkin infeksiyanın inkişafı ilə görünə bilər (əksər insanlarda yoxdur):

– quru öskürək;

– ümumi nasazlıq.

– temperaturun artması;

Adətən, digər simptomlar 2-6 gün ərzində görünür, lakin inkişaf daha sürətli gedə bilər.

Daha sonra simptomlar daxildir:

– davamlı quru öskürək;

– dərin bir nəfəs ilə sinə ağrısı;

– nəfəs darlığı;

– zəif iştaha

– gecə güclü tərləmə;

– zəiflik.

İnfeksiyaların qarşısının alınması üçün bu dərmanlardan istifadə edilir.

  • Favipiravir-Yaponiyada qripi müalicə etmək üçün istifadə edilən bir antiviral dərmandır. Hazırda koronavirus infeksiyası COVID-19 müalicəsi üçün də öyrənilir. Təcrübəli antiviral dərmanlar kimi (T-1105 və T-1106), pirazinecarboxamide törəməsidir. 2014-cü ildə Yaponiyada tibbi istifadə üçün təsdiq edilmişdir. Dərman Yaponiyadan Toyama Chemical (Fujifilm Group) tərəfindən hazırlanır.
  • antiprotozoal – Hydroxychloroquine-, malyariyaya qarşı istifadə edilən dərmandır, yüksək dozada verilir, məncə daha çox əks göstərişi ola bilər
  •  Ivermectin-antiparazitar dərmandır, immuniteti zəif olan insanların qəbul etməsi qadağan olunub
  • azitromitsin- antibiotikdir

Bad-vitamin mineral kompleksi

Antihistamin – son zamanlar, qeyd edilən müşahidə olunan bilgilərdən biri də , odur, ki, orqnizm bu patogenə qarşı daha çox reaksiya verərsə, proses daha ağırlaşmış və letal olur.

Antikoaqulyant – heparin

Yoxlanıla bilər

  • Xinolonlar,məs Ofloxacin DNT girazasını (topoizomeraza II və IV) məhv edir, DNT fasilələrinin superspiralizasiyasını və kəsişmə prosesini pozur, hüceyrələrin bölünməsinə maneə törədir, sitoplazma və mikroorqanizmlərin ölümünə səbəb olur.

İzoniazid maddənin xüsusiyyətləri

Vərəm əleyhinə dərmandır. B6 vitamininin struktur analoqu olan izonikotin turşusu hidrazidir. Ağ kristal tozdur, acı dadı var. Hava və işığa həssasdır. Suda asanlıqla həll olunur, etil spirtində çətin, xloroformda çox az, efirdə, benzolda praktik olaraq həll olunmur.

DNT-yə bağlı RNT polimerazını məhv edir və mikolik turşunun (mikobakterium vərəminin hüceyrə membranının əsas komponenti) sintezini inhibə edir. Təbliğ mərhələsində bakterisid təsir göstərir, BMD 0.015 mkq / ml. Həddindən artıq və hüceyrədaxili olaraq yerləşmiş patogenlər üzərində hərəkət edir (hüceyrədaxili konsentrasiyası hüceyrədaxili konsentrasiyadan 50 qat daha yüksəkdir).

Aminoqlikozid, məs:Streptomisin-təsir mexanizmi: həssas olan mikroorqanizmlərdə ribosomlar səviyyəsində protein (zülal) sintezinin pozur

Ansamitsinlər, məs Rifampitsin-təsir müxanizmi: hüceyrə membranlarına yaxşı nüfuz edir və DNT-yə bağlı RNT polimeraz ilə bir kompleks meydana gətirərək RNT sintezinə maneə törədir

Sulfanilamid  preparatları-bunların bəzilərinin praktiki əhəmiyyəti vardır, sulfanilamidlər müəyyən bakteriyalarda metabolik reaksiyaların qarşısını alır, eyni zamanda insan orqanizminə təsir etmir.

KONKRET.az

 

  • Fatma
    Aprel 20, 2020 - 23:54

    Halal olsun necə savadlı həkimlərimiz var! Bütün məqamıara toxunulub. Fəxr edirik! Bu məlumat geniş yayılmalıdır.Təşəkkürlər Sevinc Süleymanova və redaksiyaya! Təkrar edirik: konkret təkliflər verilib,daha çox saytlarda yayılması oxuyanlara çox kömək edə bilə. .

    • Sevinc
      Aprel 22, 2020 - 00:13

      Çox təşəkkür edirəm!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*