Vladimir Zelenski peyvənd olundu – FOTObackend

Vladimir Zelenski peyvənd olundu - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski Luqansk bölgəsinə səfəri zamanı koronavirusa qarşı peyvənd olunub.

KONKRET.az xəbər verir ki, Zelenski bu barədə öz instaqram hesabında məlumat verib.

O, peyvənd olunarkən çəkdirdiyi şəkli sosial şəbəkəyə yerləşdirib və hamını peyvənd olunmağa dəvət edib:

“Həkimlər və hərbçilər artıq peyvənd olunublar, hamını kampaniyada da növbəyə qoşulmağa çağırıram. Qorxulası bir şey yoxdur, şəxsi nümunə göstərdim”.

Xatırladaq ki, Ukraynada fevralın 24-dən etibarən Hindistan istehsalı “AstraZeneca/Oxford” peyvəndi (CoviShield) ilə kütləvi vaksinasiya proqramı başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*