Voleybolçularımız Sloveniya yığmasına UDUZDUbackend

Voleybolçularımız Sloveniya yığmasına UDUZDU

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, millimiz səfərdə Sloveniya yığmasının qonağı olub. Maribor şəhərində təşkil olunan qarşılaşma Sloveniya seçməsinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə də Sloveniya eyni hesabla qalib gəlmişdi.

Hazırda Sloveniya yığması 14 xalla qrupda birinci, Azərbaycan isə 9 xalla ikinci pillədə qərarlaşıb.

Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə qrup ikincisi kimi mərhələ adlamaq şansını saxlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*