Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” genişmiqyaslı restrukturizasiya proqramı çərçivəsində əlavə 50 min iş yerini ixtisar edəcək.
KONKRET.az xəbər verir ki, şirkət həmçinin 2035-ci ilə qədər model çeşidini yarıya endirməyi və Almaniyadakı dörd zavodda avtomobil istehsalını dayandırmağı planlaşdırır.
Qərarın Çin avtomobil istehsalçılarının artan rəqabəti, ABŞ tarifləri və Avropadakı artıq istehsal gücü fonunda qəbul edildiyi bildirilir. Əvvəlki ixtisarlarla birlikdə “Volkswagen”-də iş yerlərinin azalması 100 minə çata bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
