“WhatsApp” daha bir funksiyasını ləğv etdibackend

“WhatsApp” daha bir funksiyasını ləğv etdi

“WhatsApp” messencerində məhdudiyyət tətbiq edilib. Belə ki, şəkillərin avtomatik saxlanmasını aktivləşdirən istifadəçilər yoxa çıxan fotoşəkilləri göndərmək funksiyasını deaktiv edəcəklər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qadağa aprelin 8-dən bütün Android və iOS istifadəçiləri üçün qüvvədədir.

Qeyd olunur ki, bu, istifadəçi məzmununun məxfiliyini qorumaq üçün edilir. Avtomatik saxlama yoxa çıxan snapşotların olmadığı söhbətlərdə işləməyə davam edəcək.

İstifadəçilər hələ də ekran görüntüsünü çəkərək yoxa çıxan söhbətləri saxlaya biləcəklər. Bu həm müəyyən Android versiyalarının istifadəçiləri, həm də iOS istifadəçiləri üçün işləyir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*