Xaçmazda bıçaqlanma hadisəsi olub.
KONKRET.az-ın məlumatına görə, rayonun Sibiroba kəndində 1977-ci il təvəllüdlü Valeh Pənah oğlu Novruzov bıçaq xəsarəti alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona bıçaq xəsarəti yetirməkdə həmkəndlisi Süleyman Qərib oğlu Rzayev şübhəli bilinir.
Faktla bağlı araşdırmalara başlanılıb.”Report”
