Xaçmazda avtomobil körpudən aşdı – Xəsarət alanlar varbackend

Xaçmazda avtomobil körpudən aşdı - Xəsarət alanlar var

Xaçmaz rayonunda avtomobil körpüdən aşıb.

KONKRET.az-ın xəbərinə görə, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 15-ci km-də, Caqacuq çaydan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Vaz-2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.

Qəza zamanı rayonun Ərəb kənd sakinləri, 1988-ci il təvəllüdlü Əli Ağamməd oğlu Kərimov və 1993-cü il təvəllüdlü Təyyar Mehtiqulu oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*