Xaçmazda minik avtomobilləri toqquşdu, yaralılar var – FOTObackend

Xaçmazda minik avtomobilləri toqquşdu, yaralılar var - FOTO

Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, “Vaz 2107” və “Vaz 21010” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində biri azyaşlı olmaqla Xaçmaz rayonu Mürşüd-oba kənd sakini 1986-cı il təvəllüdlü Novruzov Vitaliy Raufoviç, 1981-ci il təvəllüdlü Xudat şəhər sakini Həmrayev Bəhruz Allahyar oğlu və Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Əliyeva Elminaz Rahid qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*