Gəndab-Yalama yolunun Xaçmazın Xudat şəhəri ərazisində baş verən qəzada ölən 3 şəxsin kimliyi bəlli olub.
KONKRET.az xəbər verir ki, Bizim.Media-nın Xaçmaz rayon xəstəxanasından əldə etdiyi məlumata görə,”Mercedes” markalı avtomobillə “Hyundai”markalı avtomobilin toqquşması nəticəsində birincinin sürücüsü, Xaçmazın Köhnə Xudat kənd sakini İslam Hüseyn oğlu Seyidoğlu, sərnişinləri – Xudat şəhər sakinləri Elmar Mehdi oğlu Rəmiyev və Nizami Vahid oğlu Vahidov yerindəcə ölüblər.
Qeyd edək ki, İslam Seyidoğlu Xudat-Bakı marşrutu üzrə taksi sürücüsü işləyib.
Fakta görə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.
