Xaçmazın rəisi sakinlərlə Polis Şöbəsində görüşdübackend

Xaçmazın rəisi sakinlərlə Polis Şöbəsində görüşdü

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsində sakinlərlə görüş keçirilib.

KONKRET.AZ xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov ölkə və DİN rəhbərliyi səviyyəsində vətəndaşlara göstərilən diqqət və qayğının ən önəmli vəzifələrdən biri olduğunu, sakinləri narahat edən bütün məsələlərin yerli icra, o cümlədən polis orqanları tərəfindən mütəmadi olaraq öyrənildiyini, həlli istiqamətlərində zəruri işlərin həyata keçirildiyini nəzərə çatdırıb.

Daha sonra xidməti ərazidə ictimai təhlükəsizliyin təmini, cinayətkarlığa və narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri haqqında məlumat verən polis polkovnik-leytenantı H.Həsənov polis-vətəndaş münasibətlərinin genişlənməsi və möhkəmlənməsinin vacibliyini qeyd edib, qəbula gəlmiş sakinlərin müraciətlərini dinləyərək, onları narahat edən məsələlərin qısa zamanda həlli üçün müvafiq tədbirlərin görülməsi üçün RPŞ-nin rəis müavinlərinə, bölmə rəislərinə, digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.

Qəbula gələn sakinlər diqqət və qayğıya, həmçinin problemlərinin həll olunmasında göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*