Xalq artistinin həyat yoldaşı vəzifəsindən azad edildibackend

Xalq artistinin həyat yoldaşı vəzifəsindən azad edildi

Heydər Əliyev adına İdman-Konsert Kompleksinin baş direktoru işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə adıçəkilən kompleksin baş direktoru Rafiq Behbudov və baş mühəndis Elxan Abbas tutduqları vəzifələrindən azad ediliblər. Digər əmrlə Natiq İbrahimov İdman-Konsert Kompleksinin baş direktor təyin edilib.

Bildirək ki, işdən çıxarılan Rafiq Behbudov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovanın həyat yoldaşıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birləşir, İttifaqlar birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar Birliyi adı altında fəaliyyət göstərəcəyi və İttifaqa yeni rəhbərliyin seçiləcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*