Xalq HAQLIDIR: “Ermənilərə qarşı ən böyük xəyanət Putinin Rusiya prezidentliyi dövründə baş verdi”backend

Xalq HAQLIDIR: “Ermənilərə qarşı ən böyük xəyanət Putinin Rusiya prezidentliyi dövründə baş verdi”

“Erməni xalqına ən böyük xəyanət məhz Putinin Rusiyaya rəhbərlik etdiyi dövrdə baş verdi”.

KONKRET.az xəbər verir ki, bu fikir erməni mediasında dərc olunan məqalədə öz əksini tapıb. Məqalə müəllifinin sözlərinə görə, İrəvanda etiraz aksiyasının keçirilməsindən Rusiyada çox narazıdırlar. Çünki mitinq iştirakçıları Kremlin ölkəmizə, xalqımıza qarşı həyasız və xain siyasətinə qarşı çıxıblar. Rusiya prezidenti Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova ünvanlanan həmin şüarlar Kreml administrasiyasını hiddətləndirib.

“Lavrov isə çoxdan özünə ləqəb qazanıb. Bu fırıldaqçı bütün rus diplomatları üçün örnək olub. Amma  o, uzun müddətdir ki, yalançı statusunu qətiyyətlə qoruyub saxlayır. Məsələn, o, Polşanın Ukrayna ərazisini zəbt etdiyini bildirib” – məqalədə deyilir.

Ukraynada isə Lavrova xatırladıblar ki, Mariupol, Xarkov və Çerniqovu bombalayan, Buçada qətliam törədən, işğal olunmuş ərazilərdən taxıl və metal ixrac edən polyaklar deyil. Bütün bunları ruslar edir. 32 mindən çox insanı məhv etdilər. Çünki Ukraynaya müharibə ilə gələn polyaklar deyil, ruslardır.

Erməni müəllif bildirir ki, Lavrov bütün bunları inkar edir, Ukraynanın problemlərinin günahını Polşanın üzərinə atmağa çalışır. Amma məsələ Ermənistana gələndə həmin Rusiyanın xarici işlər nazirindən başqa heç nə gözləmək lazım deyil. Putin 44 günlük müharibədə xalqımızı, ölkəmizi müdafiə etmədi. Baxmayaraq ki, burada hüquqi, siyasi və mənəvi öhdəlikləri vardı.

Erməniləri narahat edən məqam Rusiyanın Ermənistan və qondarma “Artsax”a münasibətdə biganəlik nümayiş etdirməsidir: “Məhz Putinin Rusiya prezidentliyi dövründə erməni xalqına qarşı ən böyük xəyanət baş verdi ki, bu da azərbaycanlılara və türklərə torpaqlarını azad etməyə imkan verdi. İndi biz görürük ki, Rusiya Azərbaycanla kəskin döngələrdən yan keçmək üçün hər şey edir.  “RİA Novosti” Artak Beqlaryanın iki müsahibəsini silir, lakin Bakı bununla kifayətlənmir. Bu isə o deməkdir ki, Ermənistanda Putin və Lavrova münasibət bildirməkdə (etiraz etməkdə – red) tamamilə haqlı idilər” – erməni müəllif məqaləsini bu cümlələrlə bitirir.

Народ прав в своем отношении к Путину и Лаврову | ArmenianReport

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*