İspaniyanın turizm şəhərlərindən biri olan Barselonada insanlar turist sıxlığına etiraz edərək kirayə qiymətlərinin artmasında turistləri günahlandırıblar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən çox turistini qəbul edən şəhərlərindən biri olan İspaniyanın Barselona şəhərində insanlar küçələrə axışıb.
Turistlərin sayının artması səbəbindən son vaxtlar kirayə evıərin qiymətini artırıb. Artıq ölkədə sözün əsl mənasında ev böhranı yaşanır. Qiymətlər isə getdikcə artır. Barselonada çox sayda insan bünüt olanlara etiraz edib.
İnsanlar turistlərin cəmləşdiyi otel və restoranların qarşısında pankartlarla Barselona küçələrində dolaşaraq şüarlar səsləndiriblər. Bəzi Barselona sakinləri turistlərə neqativ reaksiya göstərib, bəziləri isə hətta əllərində olan su tapançalarını turistlərə doğruldublar.
Təxminən 2800 nəfərin iştirak etdiyi aksiyada “Barselona satılmır”, “Turistlər evlərinə getsin” kimi şüarlar səsləndirilib. Nümayişçilər bir çox otellərin qarşısında etirazlarını davam etdirərək “Turistlər, ölkəmizdən çıxın” şüarı səsləndiriblər.
Fəallar 1,6 milyon insanın yaşadığı şəhərdə son 10 ildə kirayələrin yüzdə 68 faiz artdığını və bunun səbəbinin gündəlik kirayə evlər və turizm olduğunu açıqlayıb.
Qeyd edək ki, keçən il Barselonanı 12 milyon turist ziyarət edib və cari il bu rəqəmin artması gözlənilir. Yerli sakinlər turistlərin bəzi sosial və infrastruktur problemlərinə səbəb olduğunu bildiriblər.
Günel Mikayılova,
KONKRET.az