Xankəndidə erməni qadınların yeni problemi var – STATİSTİKA AÇIQLANDIbackend

Xankəndidə erməni qadınların yeni problemi var - STATİSTİKA AÇIQLANDI

Qarabağlı ermənilər arasında depressiya, sabaha ümidsizlik, gələcəklə bağlı müsbət perspektivlərin yoxluğu demoqrafik situasiyaya çox kəskin şəkildə təsir edib.

KONKRET.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi başa çatandan sonra Qarabağa, geriyə qayıdan ermənilərin sayının təqribən 56 min nəfər olduğu deyilsə də, vəziyyət ermənilər üçün ürəkaçan deyil.

Ermənistandan Xankəndiyə qayıtmış qarabağlı ermənlərin çoxu yenidən şəhəri tərk ediblər. Onların bir qismi Ermənistanda məskunlaşıb, yerdə qalanı isə Rusiyaya üz tutub.

Son məlumatlara görə, hazırda Qarabağın rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərində yaşayan ermənilərin sayı 15 mindən artıq deyil.

Miqrasiya ilə bahəm, qarabağlı ermənilər arasında yeni problem də var.

Belə ki, son üç həftədə Xankəndidə 58 erməni qadın hamiləliyin erkən dayandırılması, yəni abort məqsədilə Xankəndidəki Ana və Uşaq Mərkəzinə müraciət ediblər.

Xankəndidəki separtçı rejimin sabiq “səhiyyə naziri” Harutyun Kuşkyanın dediyinə görə, bu, sadəcə, rəsmi statististikadır.

“Real rəqəmlərsə dəfələrlə çoxdur. Qarabağlı erməni qadınlar arasında reproduktiv yaşda olanlar depressiyaya qapılıblar. Üstəlik, gizli abortlar da çoxalır. Həmin abortların niyə baş verdiyini, məncə, şərh etməyə lüzum yoxdur. 2 min rusiyalı sülhməramlı amilini unutmayaq”, – A.Kuşkyan söyləyib.

Qarabağlı erməni qadınlar arasında gizli, habelə selektiv abortların ciddi problemə çevrilməyə başladığını Xankəndidəki Ana və Uşaq Mərkəzinin mamaça-ginekoloqu Manuş Sarkisyan da vurğulayıb.

Ermənistanda olduğu kimi, qarabağlı ermənilər arasında da selektiv abortların sayı artır.

Belə ki, Ermənistanda doğulan hər 100 qızın payına 110 oğlan düşür.

Dünya miqyasında isə bu rəqəm 105-ə bərabərdir.

Üstəlik, Ermənistanda olduğu kimi, qarabağlı erməni qadınlar arasında da hamiləliyin medikamentoz yolla yox, cərrahi müdaxilə yolu ilə vaxtından əvvəl bitirilməsinə üstünlük verənlərin sayı fasiləsiz olaraq artır.(milli.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*