Xankəndidən İrəvana avtobus reysləri ləğv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Xankəndi avtovağzalının administrasiyasından məlumat verilib.
Administrasiyadan İrəvana reyslərin təhlükəsizlik məqsədilə təxirə salındığı bildirilib. Xankəndidən İrəvana gedən yol hərbi əməliyyatların aparıldığı yerlərin yaxınlığında yerləşir.
Avtovağzal rəhbərliyinin bildirdiyinə görə, hər gün beşə yaxın avtobus reysləri həyata keçirilirdi.
“Vəziyyətin ciddiliyini nəzərə alaraq, biz reysləri təxirə salırıq. Vəziyyətdə mümkün dəyişiklik olarsa, əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.
Xuraman Etibarlı,
KONKRET.az
