Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işlərinə baxış keçirildibackend

Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işlərinə baxış keçirildi

Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan arxeoloji abidəsində aparılan xilasetmə-tədqiqat işlərinə baxış keçirilib.

KONKRET.az xəbər verir ki, bu gun keçirilən baxışda Naxçıvan Muxtar Republikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun direktoru Fərhad Quliyev, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin rəhbəri İsmayıl Hacıyev və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edib.

Arxeoloji abidələrdə xilasetmə-tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitunun arxeoloji ekspedisiyası aparır.

Baxış zamanı Muncuqlutəpə və Mərdangölü nekropollarında, XI-XII və XIII-XIV əsrlərə aid Xaraba Gilan sərdabələrində aparılan xilasetmə- tədqiqat işləri barədə arxeoloji ekspedisiyanın rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli burada görülmüş işlər barədə ətraflı məlumat verib.

O, gələcəkdə də bu ərazilərdə genişləndirilmiş tədqiqat işlərinin aparılacağını deyib.

Qeyd edilib ki, bu ərazidəki nekropollarda üç qəbir tipi – sərdabə, daş qutu və torpaq qəbirlər var. Daş qutu qəbirlər şimal-qərb, cənub-şərq istiqamətindədir. Mərdangölü nekropolu qəbirlərinin analogiyasına Şərqi Anadoluda Qaragündüz, Dilqaya və Urmiya hövzəsində Dingətəpə, Həsənli lV və Həsənli V abidələrində rast gəlinir. lll Plovdağ, Mərdangölü və Muncuqlutəpə nekropollarındakı qəbirlərlə Şərqi Anadolu və Urmiya gölü hövzəsi abidələrindəki yaxın oxşarlıqlar bu bölgələrin e.ə. l minilliyin birinci yarısında eyni iqtisadi-mədəni inkisaf yolu keçdiyini söyləməyə əsas verir.

Hər üç qəbir tipinin iri daşlardan qurulmuş dördbucaqlı kromlexi var. Qəbirlər nekropolda qrup şəklində yerləşib. Hər qrupda qəbir tipləri müxtəlifdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*