Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası təkmilləşdirilirbackend

Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası təkmilləşdirilir

Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası təkmilləşdirilir.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının 25-ci (müsadirə edilən əmlak) maddəsinin icrası məqsədilə hazırlanıb. Həmin maddəyə uyğun olaraq tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq müsadirə etdiyi əmlaka sərəncamı öz milli qanunvericiliyinə və inzibati prosedurlarına uyğun həyata keçirir. Tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq digər tərəfin təqdim etdiyi sorğu əsasında hərəkət etdikdə tərəflər milli qanunvericiliyin yol verdiyi həddə və müvafiq sorğu təqdim edildikdə, cinayətdən zərərçəkmiş şəxslərə kompensasiyanın ödənilməsi və əmlakın qanuni sahiblərinə qaytarılması məqsədilə müsadirə olunmuş əmlakın sorğu edən tərəfə qaytarılmasının mümkünlüyünü prioritet olaraq olaraq nəzərdən keçirirlər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*