Xarkovda millətçilər marşal Jukovun abidəsini SÖKDÜLƏR – VİDEObackend

Xarkovda millətçilər marşal Jukovun abidəsini SÖKDÜLƏR - VİDEO

Xarkovda millətçilər marşal Jukovun abidəsini söküblər.

KONKRET.az xəbər verir ki, abidənin sökülmə videosunu Xarkov Milli Korpusunun rəhbəri Konstantin Nemiçev paylaşıb. Abidənin dağıdılmasını Azov dəstəsinin Kraken xüsusi təyinatlı dəstəsi təşkil edib.

Jukovun abidəsini söküb ən yaxın poliqona aparıblar.

Dağıntı aksiyası “Ukraynaya şöhrət” yazısı ilə başa çatıb.

Xatırladaq ki, Jukovun Xarkovdakı abidəsi 2019-cu ilin iyununda sökülüb. Bir ay sonra bərpa edilmişdi.

Onu da qeyd edək ki, Rusiyada Xarkovda marşal Jukovun abidəsinin sökülməsi faktı ilə bağlı cinayət işi açılıb.

“Bu cinayət əməlləri SSRİ-nin İkinci Dünya Müharibəsi zamanı fəaliyyətinin tarixi yaddaşının və faşizm üzərində qələbədə həlledici rolunun qorunması sahəsində Rusiyanın maraqlarına qarşı yönəlib”, – Rusiya Federasiyasının İstintaq Komitəsi qeyd edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*