Xarkovdakı partlayışda konsulluğumuzun binasına ziyan dəyib? – AÇIQLAMAbackend

Xarkovdakı partlayışda konsulluğumuzun binasına ziyan dəyib? - AÇIQLAMA

Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket zərbəsi ilə vurulması zamanı yaxınlıqda yerləşən Azərbaycanın Fəxri Konsulluğunun binasına ziyan dəyməyib.

Bu barədə KONKRET.az-a Fəxri Konsulluqdan məlumat verilib.

“Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik.

Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyə edirik.

Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*