XƏBƏRDARLIQ: Biləcəri-Baksol yolunda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaqbackend

XƏBƏRDARLIQ: Biləcəri-Baksol yolunda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Binəqədi rayonu, Mirzə Abdin küçəsində (Biləcəri-Baksol yolu) yerləşən dəmiryolu körpüsündə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gecə saat 00:00-04:00 arası avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sürücülərdən qeyd edilən saatlarda öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*