Xərçəng xəstəliyinin qarşısının alınması üsulları açıqlandı backend

Xərçəng xəstəliyinin qarşısının alınması üsulları açıqlandı 

Onkoloji xəstəliklərin yaranma riskini azaltmaq üçün zərərli vərdişlərdən imtina etmək, fiziki məşqlərlə məşğul olmaq və düzgün qidalanmaq lazımdır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumat “Rospotrebnadzor” təşkilatının saytında yer alıb.

Mütəxəssislər vurğulayıblar ki, sağlam həyat tərzi şişlərin inkişaf risklərinin azalmasının rəhnidir. Xüsusilə, müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olan, çoxlu sayda tərəvəz və meyvələrdən istifadə edən, yuxu və istirahət rejiminə riayət edən və pis vərdişlərdən imtina edən insanlar digərlərindən daha az xərçəng xəstəliyinə tutulurlar.

Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, sağlam həyat tərzinə riayət olunması heç də həmişə onkoloji xəstəliklərin olmamasına zəmanət vermir.

“Ona görə də mütəmadi olaraq müayinədən keçmək lazımdır. Erkən mərhələlərdə aşkar edilən xərçəngi müalicə etmək asandır. Vaxtında aşkar edilən xərçəng həqiqətən ölümcül bir hökm ola bilər”, – deyə məlumatda deyilir.

Televiziya aparıcısı Yellena Malişeva xərçəng hüceyrələrinin inkişaf etməməsi üçün hansı içkidən istifadə etməyin vacibliyini söyləyib. Bu yaşıl çaydır. Mayenin temperaturu 60 dərəcədən çox olmamalıdır. İçkiyə bir az qara bibər əlavə etmək faydalıdır, bu ədviyyat anti-şiş terapiyasında faydalı hesab olunur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*