Xəstəxanaya yerləşdirilən Berluskoniyə bu diaqnoz QOYULDUbackend

Xəstəxanaya yerləşdirilən Berluskoniyə bu diaqnoz QOYULDU

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni leykoz xəstəliyindən əziyyət çəkir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 86 yaşlı siyasətçi sətəlcəm şübhəsi ilə Milanın “San Raffaele” xəstəxanasına yerləşdirilib.

Məlumata görə, sabiq baş nazirdən testlər götürülüb. Onun reanimasiya şöbəsində olduğu bildirilir.

Qeyd edək ki, hakim koalisiyaya daxil olan “İrəli, İtaliya” partiyasının liderinin vəziyyəti ilə bağlı nə həkimlərdən, nə partiyadan, nə də yaxınlarından rəsmi açıqlama gəlməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*