Xəzər dəninzində baş vermiş güclü partlayışın əsl səbəbi bəlli olub.
“Xəzərdəki partlayış Ümid yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusundadır”.
KONKRET.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, adətən kəşfiyyat quyusu qazıldıqdan sonra ağzı sementlənərək bağlanır:
“Baş verən səhlənkarlıq, sementin keyfiyyətsiz, yaxud az olması nəticəsində illər sonra həmin quyudan sızmalar olur, təzyiq güclü olduqda isə yanğına çevrilə bilir
Başqa məlumat alsam yazacam”.
Hüquq müdafiəçisi ölən və yaralananların olmadığını deyib.
