Xidmət rəisi qanunsuz miqrantlardan danışdıbackend

Xidmət rəisi qanunsuz miqrantlardan danışdı

Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı çox aşağıdır.  

KONKRET.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, Azərbaycanda 142 min miqrant varsa, onlardan cəmi 3 minə yaxını qanunsuz miqrantdır.

“Saxlanılan qanunsuz miqrantların sayı isə çox cüzidir. Həmin şəxslər aşkarlanaraq müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilir. Hazırda Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzlərində 10-dan az qanunsuz miqrant saxlanılır”, – deyə xidmət rəisi deyib.

O bildirib ki, Azərbaycandakı qanunsuz miqrantlar əsasən qonşu dövlətlər və Cənub-Şərqi Asiya ölkələrindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*