Məlumdur ki, filmlərdə həmişə yadplanetləri işıq saçan humanoidlər kimi təsvir edirlər. Alimlər təsdiq ediblər ki, böyük ehtimalla əsl yadplanetlilər elə doğrudan da işıq saçırlar. Bioloji lüminesensiya əslində yadplanetliləri ultrabənövşəyi şüalanmadan qoruma vasitəsi ola bilər.
KONKRET.az bildirir ki, heç də bütün ulduzlar bizim Günəş kimi sakit deyillər, ona görə də sərt ultrabənövşəyi şüalanma bioloji orqanizmlər üçün aktualdır. Biofruresensiya – ultrabənövşəyi fotonların canlı hüceyrələri öldürməzdən əvvəl zərərsizləşdirilməsi bu problemin həll yollarından biridir.
Ultrabənövşəyi fotonlar kimyəvi reaksiyalara təkan verə bilər, nəticədə işıqsaçma yaranır və zərərli şüalanmadan müdafiə sistemi formalaşır. Ona görə də yadplanetlilərlə görüş zamanı bilmək lazımdır ki, onlar sizin xoşunuza gəlmək üçün və ya sizi təəccübləndirmək üçün nura boyanmayıblar, sadəcə öz planetlərində olmayan şülanmadan qorunurlar.
