“Yalnız hicablı qadınlara xidmət göstərilir” – Vəhidibackend

"Yalnız hicablı qadınlara xidmət göstərilir" - Vəhidi

“Dövlət xidmətlərindən istifadə edə bilmək üçün qanunlara riayət etmək lazımdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri İran daxili işlər naziri Əhməd Vəhidi açıqlamasında deyib.

“Xidmət bütün insanlar üçün olsa da, onu əldə etməyə görə müvafiq qanunlara əməl edilməlidir. Bu qaydalardan biri də hicab geyinməkdir. Bunu pozanlara dövlət xidmətləri göstərilməyəcək”,- deyə nazir bildirib.

Qeyd edək ki, ümumxalq etiraz aksiyaları səngiyəndən sonra hicabla bağlı şəriət qaydalarına riayət etməyən onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*