Yanvarın 1-i matəm elan olundubackend

Yanvarın 1-i matəm elan olundu

Rusiyanın kütləvi raket hücumundan sonra Kiyevdə bir günlük matəm elan edilib.

KONKRET.az xəbər verir ki, yanvarın 1-dən qüvvəyə minəcək. Bu barədə Kiyev meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, dekabrın 29-da düşmənin hücumu çox sayda dinc əhali öldürülüb:

“Şevçenkovski rayonunda anbar binasının dağıntıları altından 16 qurbanın cəsədi çıxarılıb. Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər”, – deyə Kliçko bildirib.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Rusiyanın Zaporojyada həyata keçirdiyi raket hücumu nəticəsində ölənlərin sayı 9-a çatıb, dekabrın 30-u şəhərdə matəm günü elan edilib. Odessa və Dneprdə də matəm günü elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*