YAP-ın deputatlığa namizədi külli miqdarda borc içindədirbackend

YAP-ın deputatlığa namizədi külli miqdarda borc içindədir

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yeni adlar var.

KONKRET.az xəbər verir ki, həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparılır.

İlk araşdırmamız  59 saylı Quba  Seçki Dairəsindən deputatlığa namizəd Məhərrəmzadə Əlibala Səttar oğludur.

Hazırda rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir.

Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb.

Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var.

İddialarla bağlı Əlibala Məhərrəmzadənin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.

Qeyd edək ki, Əlibala Məhərrəmzadənin hazırda rəqibi deputat Vahid  Əhmədov və onun əmisioğlu olduğu bildirilən Əliabbas Məhərrəmovdur. Gununsesi.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*