YAP-ın Suraxanıdan deputatlığa namizədi KİMDİR? – DOSYEbackend

YAP-ın Suraxanıdan deputatlığa namizədi KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin siyahısını açıqlayıb.

KONKRET.az xəbər verir ki, 31 saylı Suraxanı seçki dairəsindən Etibar Əliağa oğlu Quliyev namizəd kimi irəli sürülüb.

O, 1970 ci ildə Baki şəhərində doğulub. 1989-cu ildə Moskva şəhər Partiya-komsomol məktəbini, 1995-ci ildə Azərbaycan Texniki Universitetinin avtonəqliyyat fakültəsini bitirib.

Nəqliyyat sahəsində muxtəlif rəhbər vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə BŞİH “Sərnişin servis” MMC-nin direktoru, 2007-2010-vu illərdə Nəqliyyat Nazirliyi 3 nomrəli avtoparkın direktoru, 2010-2018-vi illərdə “Baki Sərnişinservis avtobus parki” MMC-nin direktoru, 2018-2021-ci illərdə BNA “Zıg Avtoparkı” MMC-nin direktoru, 2017-ci ildən Texniki Universitetin avtonəqliyyat fakultəsində Dovlət Attestasiya komissiyasının sədri olub.

Hazırda elektrik avtobus parkının direktorudur. Son təyinata qədər “Aztexnika LTD” MMC-nin Nəqliyyat departamentinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*