Yaponiyada 460 min vətəndaşın şəxsi məlumatları itdibackend

Yaponiyada 460 min vətəndaşın şəxsi məlumatları itdi

Yaponiyada təxminən 460 min vətəndaşın bank hesab nömrələri də daxil olmaqla, şəxsi məlumatlarının yer aldığı fləş disk itib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Hyoqo prefekturasının Amaqasaki şəhərində COVID-19 maliyyə yardımının paylanmasına kömək edən bir şirkət işçisi çantasını itirib.

Çantanın içərisində Amaqasakidə qeydiyyatda olan 460 min sakinin şəxsi məlumatlarının toplandığı fləş disk olub. Diskdə vətəndaşların şəxsi məlumatları, o cümlədən adı, ünvanı, doğum tarixi, bank hesablarının nömrələri olub.

Şirkət əməkdaşı restoranda nahar etdikdən sonra çantanı itirdiyini polisə bildirib.

Şifrələnmiş parolla qorunan fləş diskdəki məlumatların sızdığına dair hələlik heç bir məlumat daxil olmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*