Yaponiyada güclü zəlzələ baş verdibackend

Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın şimal-şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

KONKRET.az  xəbər verir ki, bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin İbaraki prefekturasının sahillərində, ocağının 40 kilometr dərinlikdə olduğu bildirilir.

Zəlzələnin paytaxt Tokio regionu ilə yanaşı, Fukuşima, Miyaqi, Toçiqi, Saytama və Qunma prefekturalarında da hiss olunduğu bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*