Yaponiyada ilk dəfə kişi nazir uşağa görə məzuniyyət götürdübackend

Yaponiyada ilk dəfə kişi nazir uşağa görə məzuniyyət götürdü

Yaponiyada ilk dəfə bir kişi nazir valideyn məzuniyyətinə çıxır. Bu, keçmiş baş nazir Koidzumi Cyuintironun oğlu, indiki ətraf mühit naziri Koidzumi Sincirodur. KONKRET.az NHK telekanalına istinadən bildirir ki, o, bu ayın sonunda ilk övladının dünyaya gəlməsini gözləyir.

Körpənin doğulmasından üç ay sonra Koidzumi cəmi iki həftəlik məzuniyyət götürəcək.

Nazir məzuniyyət müddətində tez-tez video görüşlər formatından istifadə etmək və işçilərlə elektron poçt vasitəsi ilə ünsiyyət qurmaq niyyətindədir.

“Mən istərdim ki, bu addımımla bir daha göstərim ki, Ətraf Mühit Nazirliyinin kişi işçiləri xəcalət çəkmədən valideyn məzuniyyətlərinə çıxa bilsinlər”, – deyə K.Sinciro bildirib.

Qeyd edək ki, rəsmi olaraq Yaponiyada məzuniyyət hər iki valideyn üçün icazə verilir. Ancaq kişilər arasında demək olar ki, heç kim öz hüquqlarından istifadə etmir. Bu, əsasən yaponların psixologiyası ilə bağlıdır. Onlar məzuniyyətə çıxmaqla işlərinin bir hissəsini həmkarlarının üstünə atmaqdan utanırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*