Yaponiyadan Rusiyaya ixrac qadağasıbackend

Yaponiyadan Rusiyaya ixrac qadağası

Yaponiya Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirir. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin saytında dərc olunub.

Belə ki, yeni siyahıya 3D printerlər və kvant hesablama avadanlığı daxil edilib.

Ümumilikdə, yenilənmiş sənəddə 14 yeni başlıq var. Onların arasında neft emalı üçün katalizatorlar, elektron və atom qüvvəsi mikroskopları, 3D printerlərdə istifadə olunan toz metallar, günəş, külək və digər bərpa olunan enerji mənbələrindən istifadə etməklə əldə edilən hidrogen var.

Həmçinin qadağan olunmuş mal və texnologiyaların yeni siyahısına yarımkeçirici və elektrik keçirici polimerlər, üzvi işıq yayan diodların istehsalı üçün avadanlıqlar, kvant texnologiyaları ilə bağlı cihazlar, o cümlədən fotodetektorlar daxil edilib. 

Sənəd ölkə hökuməti tərəfindən təsdiqlənib və mayın 20-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Yaponiya əvvəllər də Rusiya Federasiyasına qarşı bir neçə məhdudiyyət paketi qəbul edib. Sanksiya siyahılarına artıq 700-dən çox Rusiya, Belarus, LPR və DXR vətəndaşları, həmçinin 200-dən çox Rusiya şirkət və təşkilatı daxildir. 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*