Yaponiyalı seysmoloqlar zəlzələnin gücünü səhv hesabladılarbackend

Yaponiyalı seysmoloqlar zəlzələnin gücünü səhv hesabladılar

Yaponiyanın İşikava prefekturasında baş verən yeraltı təkanların gücü əvvəllər elan edilən 7 bal əvəzinə 4,6 bal olub.

KONKRET.az xəbər verir ki, meteoroloji agentliyi üzr istəyib və mesajın səhvən verildiyini vurğulayıb. Əvvəllər belə hadisələr artıq bir neçə dəfə baş vermişdi – onlar seysmik aktivliyin monitorinqi sistemlərinin işindəki nasazlıqlarla izah olunurdu.

Bu gün Yaponiyada müxtəlif güclü 40-dan çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub. Zəlzələnin episentri İşikava və Niiqata prefekturaları yaxınlığında yerləşib.

Milli polis agentliyinin məlumatına görə, Nanao şəhərində iki nəfərin ürəyi dayanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*