Yaqub Mahmudov daha bir vəzifəsini itirdibackend

Yaqub Mahmudov daha bir vəzifəsini itirdi

AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürov akademik Yaqub Mahmudovu qurumun “Orta əsrlər tarixi” şöbəsinin müdiri vəzifəsindən azad edib.

KONKRET.az-ın araşdırmasına görə, Yaqub Mahmudovun yerinə tarix elmləri doktoru Tofiq Nəcəfli təyin edilib.

Hazırda Y.Mahmudov 2 vəzifə daşıyır. O, AMEA-nın prezidenti Ramiz Mehdiyevin müşaviri və BDU-nun Tarix fakültəsinin “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının müdiridir.

Qeyd edək ki, bu ilin yanvarında Ramiz Mehdiyev Y.Mahmudovu Tarix İnstitutunun direktoru vəzifəsindən azad edib.

Əli Davudoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*